Sabirabadda baş verən yol qəzasında sürücü ölüb, onun həyat yoldaşı yaralanıb

Sabirabadda baş verən yol qəzasında sürücü ölüb, onun həyat yoldaşı yaralanıb
# 30 iyun 2014 07:32 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 5.10 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 36-cı kilometrliyində, Sabirabad rayonunun Yastıqobu kəndi ərazisində qeydə alınıb. Sumqayıtda məskunlaşan Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Qəribov Elşad Akif oğlu «NAZ Lifan» markalı avtomobili idarə edərkən onu yoldan çıxararaq aşırıb. Avtomobilin yoldan çıxaraq aşdığını görən sürücü özünü avtomobildən yerə atıb. Elə həmin anda avtomobilin altında qalaraq ölüb. Avtomobildə olan sürücünün həyat yoldaşı Asya Qəribova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYP-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR