«Azərbaycan Dəmir Yolları» bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

«Azərbaycan Dəmir Yolları» bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
# 17 mart 2014 06:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Novruz bayramı günlərində sərnişin axınının artması ilə əlaqədar «Azərbaycan Dəmir Yolları» QSC-nin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcək.


«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, sərnişin daşımaları Departamentinin kollektivi martın 20-27-də günlərində gücləndirilmiş iş rejimində işləyəcək.


«Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək», - deyə N.Əzməmmədov qeyd edib.


Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. QSC eyni zamanda iş adamlarının nəzərinə çatdırır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR