Milli Kitabxanada yaradıcı gənclərlə görüş keçirilib

Milli Kitabxanada yaradıcı gənclərlə görüş keçirilib
# 15 yanvar 2014 08:46 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Yanvarın 14-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə yaradıcı gənclərlə görüş keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşə gənc dramaturqlar, rejissorlar, teatrşünaslar, teatr rəssamları, bəstəkarlar iştirak ediblər.

Tədbirdə Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, Azər Paşa Nemətov, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Yuğ, Pantomima teatrlarının direktor və rejissorları iştirak ediblər.

Nazirliyin istedadlı gənclərlə işə daim xüsusi diqqət yetirdiyini vurğulayan Ədalət Vəliyev respublikanın müxtəlif teatrlarına baş rejissor vəzifələrinə gənclərin təyin olunduğunu, istedadlı teatr mütəxəssislərinin xarici ölkələrə ixtisasartırma kurslarına göndərildiyini, bu işin davamlı olacağını deyib.

Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə teatrla bağlı rüblük jurnalın çapa hazırlandığını və ilk sayın mart ayında - Milli Teatr günü ərəfəsində işıq üzü görəcəyini diqqətə çatdıran Ədalət Vəliyev gənc teatrşünasları bu nəşrlə əməkdaşlığa, teatr tənqidi ilə bağlı peşəkar yazılar yazmağa çağırıb.

Ə. Vəliyev qeyd edib ki, gənc dramaturqların yetişməsi, hətta xarici ölkələrdə təhsillərini davam etdirmələri üçün nazirlik səviyyəsində şəraitin yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR