Azərbaycanda ilk dəfə «Education UK-Böyük Britaniyanın təhsil” sərgisi keçirilir - FOTOSESSİYA - VİDEO

Azərbaycanda ilk dəfə «Education UK-Böyük Britaniyanın təhsil” sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 02 noyabr 2013 10:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq, təhsil nazirinin müavini Ceyhun Bayramov və digər qonaqların iştirak etdiyi sərgiyə Böyük Britaniyanın 41 universiteti və kolleci qatılıb. “Education UK-Böyük Britaniyanın təhsil” sərgisinin əsas məqsədlərindən biri müasir tələbələrə akademik biliklərlə yanaşı, Böyük Britaniyanın təhsil sisteminin geniş imkanlarını tanıtmaqdır.

Sərginin açılışında çıxış edən Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq bildirib ki, Azərbaycanda ilk dəfə olaraq belə bir sərginin keçirilməsi iki ölkənin təhsil sahəsindəki əməkdaşlığın bariz nümunəsidir. Onun sözlərinə görə, son illərdə azərbaycanlı tələblər Böyük Britaniyanın müxtəlif təhsil proqramlarında yaxından iştirak edirlər: “Yalnız ötən il Böyük Britaniyanın müxtəlif universitetlərində Azərbaycandan 100-dən çox tələbə təhsil alıb. Hər bir azərbaycanlı tələbə öz ölkəsinin səfiridir və biz də onlara lazımi dəstəyi göstərməyə hazırıq. Biz istərdik ki, Böyük Britaniya universitetlərində daha çox tələbə təhsil alsın. Bütün dünyada təhsil sürətlə inkişaf edir. Hər bir ölkənin gələcəyi gənclər qurulan şərait, onlara verilən təhsildən asılıdır. İnanırıq ki, Azərbaycan və Böyük Britaniya ali məktəbləri arasındakı əməkdaşlıq, Təhsil Nazirliyi ilə birgə fəaliyyət hər iki ölkə təhsilinin inkişafı, savadlı gənclərinin yetişməsinə əhəmiyyətli töhfələr verəcək”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, bu yaxınlarda fəaliyyətinin 20 illiyini qeyd edəcək Britaniya Şurası (British Council) iki ölkə arasında əlaqələrin qurulmasında önəmli rol oynayıb. Nazir müavinin sözlərinə görə, bu müddət ərzində Təhsil Nazirliyi Britaniya Şurası ilə birgə 10-dan artıq layihə, 100-dən artıq birgə tədbir keçirib: “Bu layihələr arasında Azərbaycandan yüzlərlə müəllimin iştirakı ilə ingilis dili kurslarının keçirilməsi, universitetlərin beynəlxalq şöbələrinin inkişafı layihəsini xüsusilə vurğulamaq istərdim. Britaniya universitetləri bütün dünyada olduğu kimi, Azərbaycanda da yaxşı tanınır. Biz Böyük Britaniyadan olan tərəfdaşları yeni təşəbbüsləri ortaya qoymaqla əməkdaşlığa dəvət edirik. Hesab edirik ki, Britaniya və Azərbaycan universitetləri arasında yeni qarşılıqlı əməkdaşlığın yaranmasının artıq zamanıdır. Belə təşəbbüslərin dəstəklənməsi üçün səylərimizi əsirgəməyəcəyik”.

Qeyd edək ki, “Education UK-Böyük Britaniyanın təhsil” sərgisi iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR