Milli Şuranın Koordinasiya Şurasının adının dəyişdirilməsi təklif olunur

Milli Şuranın Koordinasiya Şurasının adının dəyişdirilməsi təklif olunur
# 06 fevral 2014 09:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Milli Şuranın Koordinasiya Şurasının üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov qurumun əsasnaməsinin dəyişdirilməsi ilə bağlı təkliflər paketi hazırlayıb və Milli Şuraya təqdim edib.

H.Əzimov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın hazırkı əsasnaməsi tam deyil və orada müəyyən tələblər əksini tapmayıb: “Yəni əsasnamədə qurumun idarəetmə orqanı ilə bağlı heç nə yoxdur. Hələlik idarəetmə orqanı kimi Koordinasiya Şurası qalır”.

Onun sözlərinə görə, Milli Şuranın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, qəbul qaydaları və başqa məsələləri hazırladığı təkliflər paketinə daxil edib: “Koordinasiya Şurasının statusunun müəyyənləşməsi ilə bağlı məsələ əsasnaməyə olan təkliflərdə öz əksini tapıb. Milli Şuraya qəbul qaydaları ilə bağlı məsələni də qaldırmışam. Təklif etmişəm ki, Milli Şuranın məqsəd və vəzifələrinə zidd fəaliyyət göstərən şəxslər qurumdan kənarlaşdırılsın. Ümumiyyətlə, əsasnamə üçün tələb olunan bütün məsələlərin yeni əsasnamədə öz əksini tapmasına çalışmışıq. Təkliflər Koordinasiya Şurasının iclasında müzakirə olundu. Gələn sessiyada təkliflər Milli Şuraya təqdim ediləcək”.

H.Əzimov qeyd edib ki, Milli Şuranın Koordinasiya Şurasının adının dəyişdirilməsi və Koordinasiya Mərkəzi adlandırılması təklif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR