Müəllimlərin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara başlanıb

Müəllimlərin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara başlanıb
# 14 may 2014 15:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara artıq başlanıb.

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə bu gün Bakı şəhərinin ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Görüş zamanı məktəb direktorları Sınaq Qiymətləndirilməsinin əsas məqsəd və mahiyyəti barədə məlumatlandırılmış və sualları cavablandırılıb. Bununla yanaşı, paytaxtın 12 rayonu üzrə ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərlə də yerlərdə görüşlərin keçirilməsinə və onların da Sınaq Qiymətləndirilməsi barədə məlumatlandırılmasına başlanacaq.

Qeyd edək ki, Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR