Hesablama Palatası Xarici İşlər Nazirliyində aparılan yoxlamalarla bağlı xəbərə münasibət bildirib

Hesablama Palatası Xarici İşlər Nazirliyində aparılan yoxlamalarla bağlı xəbərə münasibət bildirib
# 10 aprel 2014 16:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Hesablama Palatası bu gün APA-nın “Azərbaycan Hesablama Palatası Xarici İşlər Nazirliyində qanun pozuntularının aşkarlandığını açıqlayıb” başlıqlı yazısına münasibət bildirib.

Palatadan APA-ya daxil olan məlumatda bildirilib ki, xəbərdə “həqiqətə uyğun olmayan məlumatlar yayılıb və bu zaman Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabata istinad edilib”: “Təəssüflə qeyd edirik ki, xəbərin başlığı və jurnalist tərəfindən verilən şərhlər, hətta ölkənin ali dövlət maliyyə nəzarəti orqanının adının tam göstərilməməsi onun öz işinə məsuliyyətsiz yanaşmasını ifadə edir. Hesablama Palatası Hesabatda göstərilmiş məqamların “saxta”, “qeyri-qanuni” və s. bu kimi ifadələrdən istifadə etməklə təhrif olunmasını və fikri konteksdən çıxararaq ictimaiyyətin səhv məlumatlandırılmasını jurnalistin qeyri-peşəkar və qərəzli mövqeyi kimi qiymətləndirir”.

Qeyd edək ki, Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında Azərbaycan Xarici İşlər Nazirliyindəki audit yoxlamaları və bu zaman ortaya çıxan nöqsanlar barədə də məlumat əksini tapıb.

Hesablama Palatasının Kollegiyası bu auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə qərar qəbul edib, həmin qərarı icrası üçün XİN-ə göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR