Gürcüstanın Bakıdakı səfirliyində seçki məntəqələri yaradılacaq

Gürcüstanın Bakıdakı səfirliyində seçki məntəqələri yaradılacaq
# 25 oktyabr 2013 08:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Oktyabrın 27-də Gürcüstanın Bakıdakı səfirliyində bu ölkədəki prezident seçkiləri ilə əlaqədar seçki məntəqələri yaradılacaq. Bu barədə APA-ya Gürcüstan səfirliyindən məlumat verilib. Səfirlikdə hazırda 8500 seçici qeydiyyatdan keçib. Səsvermə günü səfirlikdə 4 saylı, 5 saylı və 6 saylı məntəqələr yaradılacaq.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 27-də keçiriləcək seçki bu ölkənin müstəqilik tarixində 6-cı prezident seçkisi olacaq. Konstitusiyaya əsasən indiki prezident Mixail Saakaşvili üçüncü müddətə namizəd ola bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR