WTI markalı neft yenidən bahalaşıb

WTI markalı neft yenidən bahalaşıb
# 05 fevral 2014 06:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,76 dollar və ya 0,8% artaraq 1 barelə görə 97,19 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 4-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,26 dollar və ya 0,3% azalaraq 105,78 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR