Nazir Natiq Əliyev: «Azərbaycanın məqsədi neft hasilatını sabit saxlamaqdır»

Nazir Natiq Əliyev: «Azərbaycanın məqsədi neft hasilatını sabit saxlamaqdır»
# 21 fevral 2014 12:49 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu bu gün Xəzər-Avropa Klubunun təşkil etdiyi görüşdə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.


Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində əsas məqsədi hasilatı stabil səviyyədə saxlamaqdır: «Düşünürəm ki, bu il üçün proqnoz stabil qalacaq və ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq».


Nazir bildirib ki, qaz hasilatında hələ ciddi sıçrayış yoxdur: «Lakin artıq böyük bir rəqəmə çatmışıq. Keçən il 29 mlrd. kubmetr qaz hasil olunub. Gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Çalışacağıq ki, yaxın 2-3 ildə bu rəqəmi stabil olaraq saxlayaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR