Azərbaycanda IPI indeksi artıb

Azərbaycanda IPI indeksi artıb
# 27 yanvar 2014 07:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2013-cü ilin dekabr ayında 105,5% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks noyabr ayı ilə müqayisədə 5,1 faiz bəndi artıb:

Artımla yanaşı indeks 100%-dən yuxarı səviyyədə qalıb ki, bu da aylıq müqayisədə istehsalın artmasından xəbər verir. Belə ki, dekabrda istehsal edilmiş məhsulun dəyəri 2,905 mlrd. manat, noyabrda isə 2,754 mlrd. manat təşkil edib.

Qeyd edək ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir.

Ümumilikdə, 2013-cü il ərzində sənaye istehsalının həcmi 33,697 mlrd. dollara bərabər olub ki, bu da illik müqayisədə 1,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR