Bakıda Beynəlxalq Hava Limanında qətl törədən şəxsin adı açıqlanıb - YENİLƏNİB

Bakıda Beynəlxalq Hava Limanında qətl törədən şəxsin adı açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 23 may 2013 15:58 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Hava Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, Naxçıvan sakini Alim Əhmədovu Naxçıvan sakini Sahib Yunis oğlu Musayev qətlə yetirib.

İdarədən həmçinin bildiriblər ki, S. Musayev qətl hadisəsini törətdikdən sonra meyiti avtomobilə qoyaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə gətirib, könüllü olaraq polisə təslim olub.

.

***

18:01

Bakı. Fuad Cəfərov - APA. Heydər Əliyev Beynəlxalq Hava Limanında qətl törədilib.

Hava nəqliyyatında polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib. Naxçıvan sakini Alim Əhmədov çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Hadisəni törədən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə gedərək könüllü təslim olublar. Qətli törədənlərin kimliyi açıqlanmır.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR