Yan Kelli: “Uorlikin təyinatı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə prioritet məsələ kimi baxdığını göstərir”

Yan Kelli: “Uorlikin təyinatı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə prioritet məsələ kimi baxdığını göstərir”
# 09 avqust 2013 07:27 (UTC +04:00)

APA-nın xəbərinə görə, Y. Kelli C. Uorliki çoxdan tanıdığını söyləyərək onu ən istedadlı və təcrübəli diplomatlardan biri kimi xarakterizə edib: “Dövlət katibi Kerrinin dediyi kimi, biz əminik ki, o, bu vacib postda böyük işlər görəcək. Onun təyinatı bir daha göstərir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə yüksək prioritet kimi baxır”.

Y. Kelli qeyd edib ki, Minsk Qrupunda həmsədr kimi çalışmaq onun üçün böyük şərəf idi və C. Uorlik sentyabrda vəzifəsinin icrasına başlayana qədər bu missiyanı yerinə yetirəcək.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunda amerikalı həmsədrin səlahiyyətlərini ötən ilin dekabrından müvəqqəti olaraq ABŞ-ın ATƏT-dəki səfiri Yan Kelli icra edir. ABŞ dövlət katibi Con Kerri avqustun 5-də həmsədr vəzifəsinə Ceyms Uorlikin təyin olunduğunu açıqlayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR