Xəzərin Azərbaycan sektorunda zəlzələ olub - YENİLƏNİB

Xəzərin Azərbaycan sektorunda zəlzələ olub - <span style="color: red;">YENİLƏNİB
# 09 sentyabr 2013 08:01 (UTC +04:00)

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09.35-də Xəzər dənizində, Nardarandan 11 km şimalda Rixter cədvəli ilə 4.0, Abşeronun dənizyanı yaşayış məntəqələrində 4.0-3.0 bal gücündə hiss olunub.

İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

RSXM-in informasiya şöbəsinin rəhbəri Vüsalə Rafiqqızının bu gün baş verən zəlzələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, Xəzər dənizində baş verən zəlzələnin dənizsahili bəzi yerlərdə hiss olunmasına baxmayaraq, bu o qədər də narahatlıq doğura biləcək zəlzələ deyil, adi təkanlardan biridir: “Odur ki, bütün media nümayəndələrindən xahiş edirəm ki, məlumatı yayarkən diqqətli olsunlar. İnsanlarımızda yersiz narahatçılıq doğura biləcək məlumatlar yaymasınlar”.

***

saat 10.04

Bakı – APA. Azərbaycanda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.35-də Xəzər dənizində, Nardaranda 14 km şimalda qeydə alınıb.

Maqnitudası 4.1 olan və 7 km dərinlikdə baş verən zəlzələ hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR