Bakıda nasist geyimində videosu yayılan gəncin kimliyi müəyyənləşib - FOTO

Bakıda nasist geyimində videosu yayılan gəncin kimliyi müəyyənləşib - <span style="color: red;">FOTO
# 15 may 2014 09:38 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində, həmin şəxsin Göyçay rayon sakini, 1991-ci il təvəllüdlü Taleh Rafael oğlu Qəhrəmanov olması müəyyən edilib. Təsdiq olunmuş məlumatlara görə, T. Qəhrəmanov mütəmadi olaraq Ukraynaya gedib-gəlib və sonuncu dəfə yanvarın 5-də Azərbaycanı tərk edib. Onun hazırda da Ukraynada olduğu bildirilir.

T. Qəhrəmanov Ukraynanın Vinnitsa şəhərində Tibb Universitetinin 5-ci kursunda oxuyur.

Əldə olunan məlumata görə isə T. Qəhrəmanovun atası Göyçayda xırda ticarətlə məşğul olur, anası isə evdar qadındadır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda nasist geyimində olan gəncin video görüntüləri yayılıb. Həmin kadrlarda qara rəngli hərbi çəkmə, xaki rəngli şalvar, üzərində “III Reyxin” gerbi olan qara rəngli mayka geyinmiş gəncin Bakının mərkəzində gəzişməsi əks olunub. Görüntülərdə həmçinin gənc oğlan "ziq” deyə nasist salamı da verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR