Azərbaycanda Türkiyə istehsalı olan zirehli patrul maşınının təqdimatı keçiriləcək - FOTO

Azərbaycanda Türkiyə istehsalı olan zirehli patrul maşınının təqdimatı keçiriləcək - <span style="color: red;">FOTO
# 20 may 2013 10:03 (UTC +04:00)

Bu barədə APA-ya şirkətin nümayəndəsi Ramazan Dinçər məlumat verib.

Polis və patrul əməliyyatları üçün nəzərdə tutulan maşın «Ford -550» şassisi üzərində yaradılıb. Maşınların əsas özəlliklərindən biri onun baxımının asan olmasıdır: «Boş çəkisi 7530 kq təşkil edən «Pit-Bull VX» 9 nəfəri (2+7) daşıma tutumuna malikdir. Maşın 120 km/saat sürətlə hərəkət edə, 9 metrlik bir sahədə dönə bilir. Düşünürük ki bu maşın Sərhəd Qoşunları üçün daha münasib bir seçim ola bilər».

Şirkət nümayəndəsinin sözlərinə görə, «Katmercilər» bundan əvvəl Azərbaycan Daxili Qoşunlarına İctimai Aksiyalara Müdaxilə Maşınları (TOMA) satıb. Eyni zamanda ARDNŞ-ə müxtəlif növ maşınlar ixrac edib. Yüksək mərtəbəli binalarda yanğınların söndürülməsi üçün, yanğınsöndürən avtomobillərə inteqrasiya olunan müxtəlif avadanlıqlar da istehsal edən şirkət Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq imkanlarını araşdırır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR