Slavyansk şəhərinə yeni “xalq meri” təyin olunub

Slavyansk şəhərinə yeni “xalq meri” təyin olunub
# 13 iyun 2014 03:32 (UTC +04:00)

Bakı-APA. Separatçılar Slavyansk şəhərinə yeni “xalq meri” təyin ediblər. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu “vəzifəyə” Vladimir Pavlenko layiq görülüb. Müvafiq qərar Slavyansk separatçılarının lideri İqor Strelkov tərəfindən verilib. “Slavyansk döyüşçülərinin komandanı İqor Strelkovun əmrinə əsasən, şəhərdə yeni xalq meri təyin olunub. Bu vəzifəyə Slavyansk şəhərinin əmək və sosial müdafiə idarəsinin rəhbəri Vladimir Pavlenko layiq görülüb”, deyə məlumatda bildirilib.

“Şəhərin əvvəlki rəhbəri Vyaçeslav Ponomaryov istefaya göndərilərək həbs olunub. Ona qarşı şəhərin sərəncamına daxil olan pul vəsaitlərinin məqsədli təyinatı üzrə istifadə etməmək ittihamı irəli sürülüb”, deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR