Azərbaycan tələbələri bu ildən Macarıstanda ali təhsil alacaqlar

Azərbaycan tələbələri bu ildən Macarıstanda ali təhsil alacaqlar
# 27 yanvar 2014 10:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan və Macarıstan təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni proqram həyata keçirməyə başlayır. Artıq 2014-cü ilin sentyabr ayından 200-dən artıq azərbaycanlı tələbə bir il müddətində Macarıstanın ali təhsil ocaqlarında təhsil ala biləcəklər. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarton deyib.


P.Siyarton əlavə edib ki, iki ölkə arasında münasibətlərdə insan komponentinin də olması üçün Macarıstan hökuməti azərbaycanlı tələbələrə də təhsil sahəsində təqaüd ayırıb.

Dövlət katibi qeyd edib ki, hazırda Azərbaycan və Macarıstan kənd təsərrüfatı, enerji, su təsərrüfatının idarə olunması sahələrində uğurla əməkdaşlıq edir. P.Siyartonun fikrincə, yaxın gələcəkdə tikinti sektoru da bu sahələrə aid edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR