Berti Foqts: “Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu”

 Berti Foqts: “Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu”
# 10 fevral 2014 06:59 (UTC +04:00)

Bakı – APA. "Oyun yaxşı səviyyədə keçdi. Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis Topaz Premyer Liqasının XX turunun “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması haqda fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: "Neftçi" oyunda üstün tərəf idi. Bununla belə, "Xəzər Lənkəran"ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdır. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç zaman məğlubiyyətlə barışmaq olmaz".

Qeyd edək ki, “Böyük oyun”da “Neftçi” 2:0 hesabı ilə öndə olsa da, “Xəzər Lənkəran” matçın sonlarında 2 qol vuraraq, heç-heçəyə nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR