Ərtoğrul Cavidin 95 illiyi qeyd olunacaq

Ərtoğrul Cavidin 95 illiyi qeyd olunacaq
# 13 yanvar 2014 16:55 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin 95 illik yubileyi qeyd olunacaq. H. Cavidin Ev Muzeyindən APA-ya verilən məlumata görə, bu münasibətlə muzey bir sıra silsilə tədbirlər həyata keçirməyi nəzərdə tutur.

Ərtoğrul Cavidin şəxsi arxivində saxlanan materiallar əsasında nəşr edilmiş "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" çoxcildliyinin 11-ci və 12-ci cildinin nəşr edilməsi planlaşdırılır. Çoxcildliyin 11-ci cildi "Azərbaycan el mahnıları (nota köçürülmüş variant) və Ərtoğrul Cavidin çap olunmamış musiqi əsərləri", 12-ci cildi "Balaman məktəbi" adlanır.

Yubiley münasibətilə muzeydə "Cavidlər ailəsinin ensiklopedik zəkası - Ərtoğrul Cavid" adlı elmi sessiya keçiriləcək və Ə. Cavidin həyat və yaradıcılıq yolunu əks etdirən sərgi açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR