Azərbaycan Qlobal Rəqabətlilik Reytinqində 39-cu yerə yüksəlib

Azərbaycan Qlobal Rəqabətlilik Reytinqində 39-cu yerə yüksəlib
# 04 sentyabr 2013 09:47 (UTC +04:00)

Bakı – APA-Economics. Dünya İqtisadi Forumu 2013-2014-cü illər üçün Qlobal Rəqabətlilik Hesabatını (The Global Competitiveness Report). «APA-Economics»in məlumatına görə, sənədə əsasən, Qlobal Rəqabətlilik İndeksinə (Global Competitiveness Index) görə qiymətləndirilməsi aparılan 148 arasında Azərbaycan 39-cu pillədə qərarlaşıb və ötən ilə nisbətən mövqeyini 7 bənd yaxşılaşdırıb.

Ümumiyyətlə, reytinqə əvvəlki ildə kimi İsveçrə başçılıq edir. İlk onluğa həmçinin Sinqapur (keçən il – 2-ci pillə), Finlandiya (3), Almaniya (6), ABŞ (7), İsveç (4), Honkonq (9), Niderland (5), Yaponiya (10) və Böyük Britaniya (8) daxil olub.

Qeyd edək ki, ilk yeri tutan İsveçrə qiymətləndirmə nəticəsində 5,67 bal, Azərbaycan 4,51 bal, reytinqi tamamlayan Çad isə 2,85 bal toplayıb.

Maraqlıdır ki, Türkiyə bu reytinqdə 4,45 bal (44-cü yer), Qazaxıstan 4,41 bal (50-ci yer), Rusiya 4,25 bal (64-ci yer), Gürcüstan 4,15 bal (72-ci yer), Ermənistan 4,10 bal (79-cu yer), İran isə 4,07 bal (82-c yer) ilə qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR