ABŞ Konqresi İrana qarşı sanksiya tətbiqini nəzərdə tutan qanunu təxirə salıb

ABŞ Konqresi İrana qarşı sanksiya tətbiqini nəzərdə tutan qanunu təxirə salıb
# 21 iyul 2013 01:35 (UTC +04:00)

APA-nın “Press TV”yə istinadən məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan “The Washington Post” qəzeti yazıb. Xəbərdə bildirilir ki, qanunun hazır olmasına baxmayaraq, onun oktyabr ayından tez Ağ Evə göndərilməyəcəyi gözlənilir. Qəzet həmçinin Konqresin hər il yay aylarında İrana daha çox sanksiya tətbiqini nəzərdə tutan qanunu Ağ Evə göndərdiyini, lakin indi heç bir xüsusi səbəb göstərmədən təxirə saldığını yazıb.
Qeyd edək ki, bu günlərdə ABŞ-ın 118 konqresmeni ölkə prezidenti Barak Obamaya məktub ünvanlayıb. Məktubda B.Obamadan İranda iyunun 14-də keçirilmiş XI dövr prezident seçkilərinin nəticələrini nəzərə alaraq, rəsmi Vaşinqtonun Tehranla müzakirələrə başlaması və qarşılıqlı razılığa gəlmək barədə əsaslı addım atmağa zəmin yaratması istənilir. Bundan əvvəl istefada olan 25 amerikalı diplomat da B.Obamaya məktub ünvanlayaraq ondan İranla müzakirələrə başlamağa və Həsən Ruhaninin andiçmə mərasimində rəsmi Tehranı təbrik etməyi istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR