“Azəriqaz”da əməyin mühafizəsinə nəzarət gücləndirilir

“Azəriqaz”da əməyin mühafizəsinə nəzarət gücləndirilir
# 21 oktyabr 2013 16:49 (UTC +04:00)

Bakı - APA-Economics. Dünya praktikasında geniş yayılmış kart sisteminin ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyində tətbiqindən sonra əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halları ilə mübarizə daha da gücləndirilib.

Birlikdən “APA-Economics”ə verilən məlumata görə, sistemin tətbiqindən keçən 6 ay ərzində vəzifə və peşə təlimatlarının əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair tələblərini lazımınca yerinə yetirməmiş və tapşırıqların həyata keçirilməsi zamanı pozuntulara yol vermiş 57 işçiyə xəbərdarlıq kartı verilib.

Kart sisteminin tətbiqi əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunması və icra intizamının möhkəmləndirilməsinə müsbət təsir göstərib. Sistemin tətbiqindən keçən dövrdə xüsusi təhlükəli işlərin icrasını yüksək keyfiyyətlə və təhlükəsizlik qaydalarının tələblərinə maksimum riayət etməklə icra etmiş 12 işçiyə fərqlənmə kartları təqdim olunub.

Qeyd edək ki, kart sisteminin tətbiqi istehsalatla bağlı baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Bununla əlaqədar “Əməyin mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə kart sisteminin tətbiq edilməsi Qaydaları” işlənib hazırlanıb və təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR