Dənizdə batma təhlükəsi ilə üzləşmiş iki şəxs xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşmiş iki şəxs xilas edilib
# 22 avqust 2013 18:41 (UTC +04:00)

Bakı-APA. Bu gün axşam saatlarında dənizdə batma təhlükəsi ilə üzləşmiş iki şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşmişib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

Daha bir hadisə paytaxtda qeydə alınıb. Bakının Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postunun ərazisində) batma təhlükəsi ilə üzləşmiş vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR