Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçmış sürücü tutulub

Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçmış sürücü tutulub
# 18 iyun 2014 09:40 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək istintaqa cəlb olunması təmin olunub.

Belə ki, iyunun 15-də saat 22 radələrində Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin yaxınlığında naməlum avtomobil sürücüsünün yolu keçən piyada - 1989-cu il təvəllüdlü Quliyev Tural Etibar oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin “Mercedes-Benz” markalı 99-FV-876 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Əsədov Kamran İmran oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, o, iyunun 17-də tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR