ARDNF neftin qiyməti üzrə proqnozunu endirir

ARDNF neftin qiyməti üzrə proqnozunu endirir
# 06 sentyabr 2013 10:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gələn il üçün neftin qiyməti üzrə proqnozu 1 barel üçün 90 dollar təşkil edir.

APA-Economics”in xəbərinə görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Fond öz büdcəsini proqnozlaşdıranda və bu prosesin tərkib hissəsi olaraq neftin qiymətini proqnozlaşdıranda, müəyyən dərəcədə daha konservativ mövqe tutub.

Qeyd edək ki, 2013-cü il üçün neftin proqnoz qiyməti 100 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR