İranda aylıq inflyasiya 35,9 faizə çatıb

İranda aylıq inflyasiya 35,9 faizə çatıb
# 17 iyul 2013 15:35 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda bu ilin iyununda inflyasiya 35,9 faizə yüksəlib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu rəqəmi İran Mərkəzi Bankı açıqlayıb. İyunda qiymətlərin 2% artdığını bildirilir. Bank bu ilin may ayında ölkədə inflyasiyanın 34% olduğunu bəyan edib.

Qeyd edək ki, İran Statistika İdarəsi may və iyun aylarında ölkədə inflyasiyanın 31% və 32,6% olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR