İraq həbsxanasında onlarla məhbus qətlə yetirilib

İraq həbsxanasında onlarla məhbus qətlə yetirilib
# 17 iyun 2014 23:57 (UTC +04:00)

Bakı-APA. “İŞİD” qüvvələrinin İraqın Bakuba şəhərinin ətrafında yerləşən həbsxanaya hücumu zamanı 40-dan çox məhbus qətlə yetirilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, insidentin təfərrüatları müəyyənləşdirilir, lakin yerli KİV-lər məhbusların hücum edənlər tərəfindən səhvən öldürüldüyünü ehtimal edirlər.

Yaraqlılar, öz növbəsində, iddia edirlər ki, məhbuslar həbsxanadan qaçmağa cəhd edən zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR