Nazirlər Kabinetinin “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə bağlı səlahiyyətləri ləğv olunub

Nazirlər Kabinetinin “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə bağlı səlahiyyətləri ləğv olunub
# 15 aprel 2014 16:17 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən Nazirlər Kabinetinin “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin inkişaf istiqamətlərinin müəyyən edilməsi, Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi, Cəmiyyət sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı səlahiyyətləri ləğv olunub.

Nazirlər Kabinetinə yalnız “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələləri tapşırılıb. Nazirlər Kabinetindən alınan səlahiyyətlərin əksəriyyəti İqtisadiyyat və Sənaye Nazirliyinə verilib. Bundan sonra Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi, Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətindədir.

Digər dəyişikliyə əsasən, Cəmiyyət sədri ilə bərabər sədr müavinlərinin də vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələlərini isə Azərbaycan prezidenti həll edəcək.

Cəmiyyətin sədr müavinlərini təyin etmək bundan əvvəl Nazirlər Kabinetinin səlahiyyətində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR