Zaqatalada xəsarətlə nəticələnən yol qəzası baş verib - VİDEO

Zaqatalada xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 02 iyul 2014 20:24 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 106-cı kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində, Lahıc çayı üzərindəki körpüdə baş verib.

1989-cu il təvəllüdlü, Balakən şəhər sakini Fərrux Fərhad oğlu Məsiyev idarə etdiyi “VAZ 21099” markalı “07 BA 105” dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən yolun əks istiqamətinə çıxması səbəbindən maşını qarşı tərəfdən Qax rayonu istiqamətində hərəkətdə olan Gürcüstan Respublikasının Loqodexi rayon sakini, Papiaşvili Quram Vladimiroviçin idarə etdiyi avtomobilə çırpıb.

Baş vermiş qəza nəticəsində Gürcüstan vətəndaşı xəsarət almasa da, müxtəlif dərəcəli bədən xəsarətləri alan Fərrux Məsiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Fərrux Məsiyevin vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR