Fransanın “Olimpik” klubu Azərbaycana gələsi olmadı

Fransanın “Olimpik” klubu Azərbaycana gələsi olmadı
# 02 may 2014 14:29 (UTC +04:00)

Bakı – APA. III Qəbələ Kuboku Beynəlxalq Futbol Turnirinin iştirakçı siyahısında dəyişiklik baş verib. Apasport.az saytının xəbərinə görə, Fransa təmsilçisi - Marsel “Olimpik”i turnirdə iştirak etməyəcək. Yaxın günlərdə fransızları əvəzləyəcək komandanın adına aydınlıq gələcək.

Qeyd edək ki, III Qəbələ Kubokunda meydan sahiblərindən başqa, “Neftçi”, Moskva “Lokomotiv”i, “Anderlext”, “Liverpul”, “Fənərbaxça” və “Udineze” iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR