Avtomobildən tökülən mişar daşları Bakı-Qazax yolunda zəncirvari qəzaya səbəb olub - FOTO - VİDEO

Avtomobildən tökülən mişar daşları Bakı-Qazax yolunda zəncirvari qəzaya səbəb olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2013 23:15 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Bakı-Qazax yolunun 117-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində noyabrın 11-də saat 23.45-də naməlum yük maşınından yola tökülən mişar daşları avtomobillərin intensiv hərəkət etdiyi magistral yolda qəzaya səbəb olub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, sürətlə hərəkətdə olan 3 müxtəlif markalı avtomobil yola tökülmüş daşlara çırpılıb və daha sonra bir-birlərinə dəyib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır, sürücünün axtarılaraq tapılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR