Misir turist vizalarının qiymətini bahalaşdırır

Misir turist vizalarının qiymətini bahalaşdırır
# 24 aprel 2014 01:25 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Misirin turizm naziri Hişam Zazu bəyan edib.

Belə ki, artıq turistlər ölkəyə daxil olarkən 15 yox, 20 ABŞ dolları ödəməli olacaqlar.

Qeyd edək ki, 2014-cü ilin ilk iki ayına görə, Misiri ziyarət edən əcnəbi turistlərin sayı keçən ilin analoji dövrü ilə müqayisədə 28% azalaraq 1,3 milyon nəfər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR