Azərbaycanın ABŞ-dakı səfiri Vest Poynt Hərbi Akademiyasında olub - FOTOSESSİYA

Azərbaycanın ABŞ-dakı səfiri Vest Poynt Hərbi Akademiyasında olub - <span style="color: red;">FOTOSESSİYA
# 09 may 2014 10:34 (UTC +04:00)

Bakı –APA. Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndə heyəti ABŞ-ın qədim hərbi təhsil ocaqlarından olan Vest Poynt ABŞ Hərbi Akademiyasında olub. Səfirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov akademiya rəhbərliyi ilə görüşüb və müdavimlər qarşısında çıxış edib.

Akademiyanın rəhbəri, general-leytenant Robert Kaslen ilə görüşən E. Süleymanov Azərbaycan-ABŞ strateji tərəfdaşlıq məsələlərini müzakirə edib, daha sonra akademiyanın yüksək vəzifəli zabitləri tərəfindən Azərbaycan nümayəndə heyəti üçün rəsmi brifinq keçirilib, akademiyanın tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

General Kaslenin dəvəti ilə Azərbaycan nümayəndə heyəti müdavimlərlə birgə akademiyanın yeməkxanasında nahar edib. Nahar zamanı azərbaycanlı qonaqlarının şərəfinə rəsmi salamlama olub.

Daha sona səfir Elin Süleymanov akademiyanın professoru Tomas Şerlok ilə birgə bir qrup müdavim üçün Azərbaycanla bağlı təqdimat keçirib. Eyni mövzulu təqdimat akademiyanın tarix müəllimi mayor Horstun rəhbərlik etdiyi müdavimlər qrupu üçün də edilib. Hər iki təqdimat, eləcə də sual-cavab sessiyaları zamanı Azərbaycanın artan strateji və geosiyasi rolu xüsusilə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR