Slavyanskda ATƏT nümayəndələri və ukraynalı zabitlər saxlanılıb

Slavyanskda ATƏT nümayəndələri və ukraynalı zabitlər saxlanılıb
# 25 aprel 2014 19:15 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Slavyansk şəhərinin qondarma “xalq meri” Vyaçeslav Ponomaryov bəyan edib.

Onun sözlərinə görə, şəhərin blok-postlarının birində yerli könüllülər ATƏT nümayəndələri və Ukrayna baş qərargahının zabitlərini daşıyan mikroavtobusu saxlayıblar.

Bundan əvvəl Ukrayna XİN-i Donetsk vilayətindəki ATƏT missiyası ilə əlaqənin itdiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR