Cənubi Koreya Şimali Koreyaya cavab atəşi açıb

Cənubi Koreya Şimali Koreyaya cavab atəşi açıb
# 31 mart 2014 08:32 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya tərəfindən atılan mərmi Cənubi Koreyanın ərazi sularına düşüb. Buna cavab olaraq Seul qarşı tərəfə atəş açmaq qərarına gəlib.

APA-nın “Renhap” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Şimali Koreyanın sərhədyanı ərazidə keçirdiyi hərbi təlimlər zamanı baş verib.

Baş verənlərlə əlaqədar Cənubi Koreya hökuməti Pennendo adasının sakinlərini təxliyyə etmək qərarına gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR