Bir neçə ölkənin lideri Azərbaycan prezidentinə təbrik məktubu göndərib

Bir neçə ölkənin lideri Azərbaycan prezidentinə təbrik məktubu göndərib
# 27 may 2014 14:52 (UTC +04:00)

Bakı-APA. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Bu gün Azərbaycan Respublikası inkişaf etməkdə olan müasir dövlətdir. Bu, Sizin həyata keçirdiyiniz, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə, dünya arenasında onun nüfuzunun artırılmasına və vətəndaşların maddi rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyət xəttinizin düzgünlüyünü əyani şəkildə təsdiq edir.

Əminəm ki, Belarus-Azərbaycan müştərək layihələrinin uğurla həyata keçirilməsi bütün sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qardaş xalqlarımız arasında ənənəvi dostluq tellərinin möhkəmlənməsinə şərait yaradacaq. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə sülh və firavanlıq arzu edirəm”.

28 May-Respublika Günü münasibəti ilə Azərbaycanın dövlət başçısını həmçinin Serbiya prezidenti Tomislav Nikoliç, Özbəkistan prezidenti İslam Kərimov, Tacikistan prezidenti Emoməli Rəhmon, Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqroyv, İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono, Meksika prezidenti Enrike Penya Nieto, Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj, Livan prezidenti Mişel Süleyman və Norveç Kralı V Harald təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR