FHN Cəlilabadda müşavirə keçirib - FOTO

FHN Cəlilabadda müşavirə keçirib - <span style="color: red;">FOTO
# 22 may 2014 07:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Cəlilabadda müşavirə keçirib. Xidmətdən APA-ya verilən məlumata görə, Cəlilabad rayon İcra Hakimiyyətində dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar keçirilən müşavirədə rayonun daxili işlər orqanları, bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələri iştirak edib. Müşavirəni Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən və bu istiqamətdə görülmüş işlərdən danışıb.

Müşavirədə maarifləndirmə işlərinə geniş yer verilib, DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin "Dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıdan duran vəzifələr", Xidmətin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Elçin Hüseynovun “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri” və Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcovun “Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri” mövzularında çıxışları dinlənilib.

Müşavirədə FHN Dövlət Yanğın Nəzarəti Xidmətin Cənub Regional DYNİ-nin rəis müavini Firdovsi Hacıyev dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması üçün dövlət yanğın nəzarəti qurumlarının əməkdaşlarına müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR