Bakıda biri qadın olmaqla axtarışda olan 3 nəfər tutulub

Bakıda biri qadın olmaqla axtarışda olan 3 nəfər tutulub
# 30 iyun 2014 07:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan 3 nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının və keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Əli Qəribov və 1976-cı il təvəllüdlü Yeganə Hüseynova tutulub.

Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan 1986-cı il təvəllüdlü Abidin Babayev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR