Əfqanıstanda 17 nəfər “Taliban” üzvü öldürülüb

Əfqanıstanda 17 nəfər “Taliban” üzvü öldürülüb
# 10 fevral 2014 12:23 (UTC +04:00)

Bakı – APA. Əfqanıstanda ordu ilə polis qüvvələrinin birgə əməliyyatları nəticəsində 17 nəfər “Taliban” üzvü öldürülüb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Son 24 saat ərzində ölkənin güc strukturları Nənqarhar, Lağman, Host, Paktika və Hilmənd əyalətlərində antiterror əməliyyatları keçirib. Əməliyyatlar nəticəsində 16 nəfər döyüşçü saxlanılıb, 6 ton partlayıcı maddə ələ keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR