Bakıda ötən ay 11 nəfəri ilan, 20 nəfəri həşərat sancıb

Bakıda ötən ay 11 nəfəri ilan, 20 nəfəri həşərat sancıb
# 03 iyul 2014 10:56 (UTC +04:00)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, iyun ayında 11 nəfəri ilan sancıb. Bu şəxslərin 9-u xəstəxanaya yerləşdirilib. İlan sancma hadisələrinin əksəriyyəti paytaxtın Qaradağ, Xəzər və Sabunçu rayonlarında qeydə alınıb.

O.Şahmalıyev əlavə edib ki, ötən ay ərzində Bakıda 20 nəfəri həşərat sancıb. Onlardan 14 nəfəri xəstəxanaya yerləşdirilib. Həşərat sancma halları isə Bakının müxtəlif ərazilərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR