“DəmirBank”ın məcmu kapitalı AMB-nin tələbini üstələyir

“DəmirBank”ın məcmu kapitalı AMB-nin tələbini üstələyir
# 13 iyun 2014 10:56 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “DəmirBank” aktivlərini 1 iyun 2014-cü il tarixinə 400,4 mln. manata çatdırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 34,4 mln. manat və ya 12,1% artaraq 318,7 mln. manata çatıb.

Hesabat dövründə müştəri depozitlərinin həcmi 189,3 mln. manat olduğu halda, əhalinin əmanətlərinin həcmi 21,1% və ya 28,8 mln. manat artaraq 165,4 mln. manat təşkil edib.

Bankın 1 iyun 2014-cü il tarixinə məcmu kapitalı isə 62,4 mln. manat olub, bu isə Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR