Ucarda yanğın olub

Ucarda yanğın olub
# 01 dekabr 2013 00:59 (UTC +04:00)

Bakı-APA. Ucarda bu gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Bərgüşad kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan talvarda baş verib. Nəticədə talvarın yanar konstruksiyaları 50 kv.m sahədə və talvarın altına yığılmış 7 ton ot bağlamasının 4 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğın mühafizə olunub. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR