Bakı-APA. NATO ötən gün Cenevrədə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Suriyaya ilə bağlı keçirilmiş danışıqlarda əldə olunmuş razılaşmanı alqışlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussenin bəyanatında deyilir.
“Mən ABŞ dövlət katibi və Rusiya XİN rəhbərinin Suriyanın kimyəvi silahının ləğv edilməsi barədə razılaşmasını alqışlayıram”, deyə bəyanatda qeyd olunub.
Rasmussen hesab edir ki, razılaşma Suriyada münaqişənin siyasi yolla nizamlanmasına və qırğına son qoyulmasına təkan verməlidir.