Bakıda “İƏT - beynəlxalq münasibətlər akademiyası” layihəsinin növbəti təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda “İƏT - beynəlxalq münasibətlər akademiyası” layihəsinin növbəti təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 04 iyun 2013 11:14 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Azərbaycanda və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 35 ölkəsində həyata keçirilən “İƏT - beynəlxalq münasibətlər akademiyası” layihəsinin növbəti təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, proqramın “İƏT modeli - Azərbaycan” adlanan milli hissəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universiteti tərəfindən həyata keçirilir.

Yekun qətnamələr şəkilində qəbul edilən sənədlərdə Suriyadakı proseslər, İranın nüvə problemi və Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üzrə təkliflər əks olunub. Tədbirdə İƏT ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin nümayəndələri, eləcə də Milli Məclisin üzvləri və yerli ictimai xadimləri iştirak edib. Layihənin əsas məqsədi isə İƏT ölkələrindən olan tələbələrin beynəlxalq münasibətlər və diplomatiya sahəsində biliklərin genişləndirilməsi, eləcə də kreativ və istedadlı gənclərin imkanların artırmaqdan ibarətdir. Proqramda iştirak edən seçilmiş tələbələr və qruplar mükafatlandırılıb.

Qeyd edək ki, Bakıda keçirilən simulyasiya oyunlarında xüsusi bilik və bacarığı ilə seçilən beş azərbaycanlı tələbə bu ilin iyul ayında Kuala Lumpurda keçiriləcək beynəlxalq “İƏT modeli” yarışmalarında qatılmaq hüququ əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR