Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd olunub - FOTOSESSİYA

Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 25 sentyabr 2013 16:13 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu gün Dövlət Opera və Balet Teatrında Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentin kitabxana işçilərinin “Tərəqqi” medalı və “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunması haqqında sərəncamlarını oxuyub. Nazir Milli Kitabxananın müasir Azərbaycanın mədəni və elmi həyatında mühüm yerinin olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev Milli Kitabxananın keçdiyi tarixi yol haqqında məruzə ilə çıxış edib: “Milli Kitabxananın 90 illik yubileyi lokal mədəni hadisə deyil. 90 il əvvəl bu böyük kitabxananın yaradılması müasir Azərbaycanın fikir tarixinin ən sanballı səhifələrindəndir. Kitabxanada bu gün nadir kitablar saxlanılır. 1998-ci ildə respublikada ilk internet zalı məhz Milli Kitabxanada açılıb. Milli kitabxana statusu aldıqdan sonra kitabxananın statusu artıb, bir çox xarici ölkələrin kitabxanaları ilə 30-dan çox memorandum imzalanıb. Hazırda Azərbaycan Milli Kitabxanasının 60-dan çox xarici kitabxana ilə əlaqələri var. Kitabxana bir gündə 1500 oxucuya xidmət edir”.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Avropa Milli Kitabxanaları Komitəsinin sədri Bruno Rasini, Asiya Milli Kitabxanaları Komitəsinin sədri Aleksey Bisney çıxış edərək Milli Kitabxananın Azərbaycanın mədəni həyatındakı rolundan danışıblar. Kərim Tahirov qeyd edib ki, Milli Kitabxana bir neçə Azərbaycan ziyalı nəslinin yetişməsində böyük rol oynayıb. O, ölkə başçısına kitabxana işçilərini təltif etdiyinə görə minnətdarlığını bildirib.

Tədbir bədii hissə ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR