Azərbaycanda ərzaq, qeyri-ərzaq məhsulları və xidmət tarifləri bahalaşıb

Azərbaycanda ərzaq, qeyri-ərzaq məhsulları və xidmət tarifləri bahalaşıb
# 14 dekabr 2013 11:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,7%, yanvar-noyabr ayları ərzində ötən ilin müvafiq dövrünə nisbətən isə 2,3% bahalaşıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiyməti 1,4% faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, xidmət tarifləri 0,1% bahalaşıb.

İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 2,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,6% və xidmət tarifləri 3,4% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR