Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 17 may 2014 08:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 16-da saat 19:00 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Vidadi Əliyevin idarə etdiyi “VAZ-2106” markalı və 1990-cı il təvəllüdlü Zahid Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə V.Əliyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR