Türkiyə MİT: Qiyam yatırılıb

Türkiyə MİT: Qiyam yatırılıb
# 16 iyul 2016 01:54 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz, ölkədə baş vermiş qiyam cəhdi ilə bağlı açıqlama verib.

APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, N. Yılmaz açıqlamasında, “qiyam yatırıldı, bu qiyamın iştirakçısı olan hər kəs sabahdan etibarən "vətənə xəyanət" maddəsi ilə mühakimə olunacaq” - deyib.

Türkiyənin NTV kanalı isə Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahına edilmiş hücumun qarşısının alındığını, Baş Qərargah rəisi Hulusi Akarın xilas edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR