Lənkəranda bayram yarmarkası keçirilir - FOTOSESSİYA

Lənkəranda bayram yarmarkası keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 14 mart 2015 13:25 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Martın 14-dən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə şəhərin Dəmiryolu Vağzalının qarşısındakı meydanda Novruz bayramı münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilir. APA-nın cənub bürosunun məlumatına görə, yarmarkada 38 şirkət və firmanın istehsalı olan 485 tondan çox müxtəlif növ məhsul alıcılara təklif olunur. Satışa çıxarılan məhsullar bazar qiymətindən 25-30 faiz aşağıdır.

Bayram bazarlığına gələn rayon sakinləri qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qaldıqlarını bildiriblər.

Lənkəran ŞİH başçısının müavini İlkin Rəhimov APA-nın yerli bürosuna yarmarkanın sabah da davam etdiriləcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR